Taekvondoçularımız ABŞ-da 2 medala sevindilər
22.02.2011 - 09:21
Azərbaycan taekvondoçuları Amerikanın açıq çempionatının (“US Open”) gümüş medallarına sahib olublar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Texas ştatının Austin şəhərində nüfuzlu yarışda ilk dəfə iştirak edən olimpiya seçmə komandamızın 13 üzvündən Elvin Məmmədov (68 kq) və Ramin Əzizov (80 kq) ikinci yeri tutublar.
Gənclər arasında Avropa birinciliyinin və Dünya kubokunun bürünc mükafatçı, həmçinin böyüklər arasında qitə çempionatının üçüncüsü Ramin Əzizovun (80 kq) yarımfinal döyüşü böyük diqqətə səbəb olub. Müxtəlif yaşlarda dördqat Avropa və iki dəfə dünya çempionu Aron Kuku məğlub edən Əzizov son iki ayda bu tanınmış ingiltərəli taekvondosçuya ikinci dəfə qalib gəlib. Digər idmançımız, gənclər arasında Avropa birinciliyinin bürünc, dünya çempionatının gümüş mükafatçısı, eləcə də böyüklərin qitə çempionatında və 21 yaşlıların Avropa birinciliyində üçüncü yeri tutan Məmmədov (74 kq) isə son dünya ikincisi olan kanadalı idmançıya qalib gəlsə də, Meksika təmsilçisi ilə qızıl medal uğrunda görüşdə məğlubiyyətlə üzləşib.
Digər taekvondoçularımızda Samir Aydınov (58 kq), Fariz Əliyev (63 kq), Aydın Bəhməlov (+87 kq), Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Nigar Hacıyeva (53 kq), Səbinə Mikayılova (57 kq), Günay Ağakişiyeva (57 kq) və Yelena Abbasova (67 kq), həmçinin koreyalı legionerlər Kim Kvanqseokla (68 kq, kişilər) Kim Vonkyuq (67 kq, qadınlar) isə ən yüksək reytinqli turnirin medalçıları sırasına düşə bilməyiblər.
Qeyd edək ki, “US Open” dünya reytinqində ən yüksək xal verən yarışdır və qaliblər aktivlərinə 20 xal əlavə edirlər.

- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
- İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
0
0