Olimpiya çempionumuz Çiliyə yollanır
23.02.2011 - 15:33
Martın 1-dən 9-dək Çilinin Konsepson şəhərində keçiriləcək stend atıcılığı üzrə Dünya kubokunun mərhələ yarışında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya verəcək turnirdə milli komandamız 7 snayperlə təmsil olunacaq.
Çilidə ölkəmizin idman şərəfini olimpiya çempionumuz Zemfira Meftahəddinova, Nurlana Cəfərova, Regina Meftahəddinova, Xanhüseyn Bağırov, Emin Cəfərov (hamısı skit növündə), Elçin Babayev və Elvin İsmayılov (hər ikisi trap növündə) qoruyacaqlar.
İdmançılarımız şəxsi yarışlarla bərabər, komanda birinciliyində də qüvvəsini sınayacaq. Bu günlərdə Kiprdə bürünc medal qazanan Zemfira, Regina və Nurlanadan ibarət yığmamız yenidən birgə hədəf önünə keçəcəklər.
Dünya kubokuna fevralın 25-də yollanacaq milli komandamıza rəhbərliyi baş məşqçi Hafiz Cəfərov deyil, məşqçi Pərviz Axundov edəcək.
Qeyd edək ki, Çilidə yalnız şəxsi yarışlarda çempion adını qazanacaq atıcı London Olimpiadasına lisenziya qazanacaq.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0