Millimizin baş məşqçisi: Gəlin, tələsməyək
23.02.2011 - 17:13
“Yetirmələrimdən uğur gözləyirəm. Çilidən Azərbaycan Olimpiya komandasına ilk lisenziya gətirmək gücündəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında stend atıcılığı üzrə milli komandamızın baş məşqçisi Hafiz Cəfərov deyib.
Martın 1-dən 9-dək Çilidə Dünya kubokunun növbəti mərhələ yarışı keçiriləcək. Yığmamızın 7 snayperlə (Zemfira Meftahəddinova, Nurlana Cəfərova, Regina Meftahəddinova, Xanhüseyn Bağırov, Emin Cəfərov, Elçin Babayev və Elvin İsmayılov) iştirak edəcəyi yarış London-2012-yə lisenziya xarakteri daşıyır.
Cəfərovun sözlərinə görə, şəxsi birincilikdə Olimpiadada iştirak hüququna yiyələnmək şansları yüksəkdir: “Mən yetirmələrimi bir-birində ayırmaq istəmirəm. Onların hamısı indi yaxşı formadadırlar. Ümid edirəm ki, Çilidə komandamızdan lisenziya qazanan idmançı olacaq. Qadın atıcılarla yanaşı, kişi snayperlərimiz də bu hüquqa yiyələnə bilərlər. Gəlin, tələsməyək, yarışın sonunu gözləyək. İnşallah, azarkeşlərimizi sevindirərik”.
Dünya kubokunda yalnız 1-ci yeri tutacaq idmançı London-2012-yə yollanmaq hüququna yiyələnəcək.
Xatırladaq ki, Afina-2004-ə həmyerlilərimizdən ilk lisenziyanı Zemfira Meftahəddinova qazanmışdı.

- İdmançılarımız Avropa Yay Olimpiya Festivalına hazırlaşırlar
- AzVİF-lə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində yeni layihəyə start verilib - FOTO
- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
0
0