“Baku Fires”də yeni sima
24.02.2011 - 00:11
“Baku Fires”də yeni sima
Həftəsonu WSB liqasında 10-cu turun döyüşləri keçiriləcək. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, “Baku Fires” klubu fevralın 26-da Seulun Təhsil və Mədəniyyət Mərkəzində Cənubi Koreyanın “Pohang Poseidons” komandası ilə üz-üzə gələcək.

Reqlamentə uyğun olaraq görüşdən 3 gün öncə hər iki klubun heyəti açıqlanıb. Səfər qarşılaşmasında “Baku Fires”in heyətində WSB liqasında 61 kq çəki dərəcəsində Heybətulla Hacəliyev debüt edəcək.

Bu yaxınlarda Macarıstanda keçirilmiş beynəlxalq turnirdə bürünc medal qazanmış Hacəliyev Jonqsub Baiklə döyüşəcək. Şənbə günü “Pohang Poseidons”un heyətində 2 legioner rinqə çıxacaq. Bunlar 85 kq çəki dərəcəsində özbəkistanlı Ahrorbek Qurbonov və 91+kq çəki dərəcəsində moldovalı Mixail Muntiandır.

Qeyd edək ki, komandamız 9 turdan sonra 25 xalla qrupun vahid lideridir. “Pohang Poseidons” 9 xalla qrupda 3-cü yeri tutur.

54 kq
Donqsik Seo (Pohang Poseidons) – Tuqstsoqt Nyambayar (Baku Fires, Monqolustan)

61 kq
Jonqsub Baik – Heybətulla Hacəliyev

73 kq
Kyuçeol Lii – Soltan Migitinov

85 kq
Ahrorbek Qurbonov (Özbəkistan) – Ramazan Maqomedov

+91 kq
Mixail Muntian (Moldova) – Məhəmmədrəsul Məcidov