Azərbaycan çempionatında yeni komandalar
24.02.2011 - 00:16
Hövsan Olimpiya Kompleksində boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start verilib. Apasport.az saytının xəbərinə görə, paytaxtın 19, digər rayonların 27 komandasının mübarizə apardığı yarışda 13 çəki dərəcəsində ümumilikdə 233 idmançı mübarizə aparır.
Turnirdə Avropa və Dünya birinciliklərinin mükafatçılarının da iştirak etməsi respublika birinciliyinə olan marağı artırıb. Azərbaycan birinciliyində Ağcabədi, Ağstafa, Şəki, Tərtər kimi yeni yaradılmış komandaların boksçuları da güclərini sınayırlar.
Yarışın nəticələrinə əsasən, milli komandanın heyəti formalaşdırılacaq və yığmamız Qazaxıstanın Astana şəhərində keçiriləcək Dünya birinciliyində mübarizə aparacaq.
Mayda isə bu yaş qrupunda (1995-96-cı il təvəllüdlülər) 4 komandanın iştirakı ilə Azərbaycan kubokunun keçirilməsi nəzərdə tutulub. Azərbaycan birinciliyinə fevralın 27-də yekun vurulacaq.

- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0