Uğursuzluğun nəticəsi
24.02.2011 - 16:05
Beynəlxalq Cüdo Federasiyası Almaniyanın Düsseldorf şəhərində keçirilmiş Qran-Pri turnirinin yekunlarına əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının uğursuz çıxışı yeni siyahıda da öz əksini tapıb.
Belə ki, millimizin üzvlərindən reytinq cədvəlində yalnız Düsseldorfda bürünc medal qazanan Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) mövqeyini yaxşılaşdırıb. Lisenziya xalını 688-ə çatdıran cüdocumuz 1 pillə irəliləyərək, 11-ci yerə yüksəlib.
Ondan fərqli, Tərlan Kərimov (66 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) əvvəlki mövqelərində qalıblar. İdmançılarımız yeni siyahıda da müvafiq olaraq, 16-cı, 4-cü, 20-ci və 23-cü pillələrdə qərarlaşıblar.
Ağayar Axundzadənin yetirmələrindən Elmar Qasımov (100 kq) 23-cü yerdən 25-ci pilləyə enib. İlqar Müşkiyev (60 kq) isə bir rəqibini irəli buraxıb və 24-cüdür.
Qeyd edək ki, son turnirdə iştirak etməyən Elxan Rəcəbli daha çox geriləyib. Milli komandada əsas heyət uğrunda Elnur Məmmədli ilə mübarizə aparan cüdoçumuz 5 pillə aşağı düşüb. O, hazırda 31-ci yeri tutur.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0