Qisas qiyamətə qalmadı
27.02.2011 - 20:33
“Baku Fires” boks klubu bir həftə öncə Bakıda keçirilmiş görüşdəki məğlubiyyətin əvəzini çıxa bilib. Apasport.az saytının xəbərinə görə, komandamız WSB liqasının 10-cu turunda səfərdə Cənubi Koreyanın “Pohang Poseidons” klubunu aşkar üstünlüklə məğlub edib – 5:0.
Rinqə çıxmış boksçularımızın hamısı – Tuqstqot Nayambayar (54 kq), Heybətulla Hacəliyev (61 kq), Soltan Migitinov (73 kq), Ramazan Məhəmmədov (85 kq) və Məhəmmədrəsul Məcidov (91+ kq) döyüşlərini qələbə ilə başa vurublar. Milli komandamızın üzvü Heybətulla Hacəliyev WSB liqasında debüt etməsinə baxmayaraq, inamlı qələbə qazanıb. Həmyerlimiz Jonsub Baikdən üstün olub.
Xatırladaq ki, bir həftə öncə Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilmiş görüşdə “Pohang Poseidons” “Baku Fires”i 3-2 hesabı ilə məğlub etmişdi. 10 turdan sonra “Baku Fires” 28 xalla qrupun vahid lideridir. “Astana Arlans” qrupda 20 xalla 2-ci pillədədir. Qazaxıstan klubu 10-cu turdakı görüşünü bu gün “Beijing Dragons” klubuna qarşı keçirəcək.

- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
- Güllə atıcılığı üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
0
0