“Ramil Quliyev artıq Türkiyə vətəndaşıdır”
11.03.2011 - 15:30
“Ramil Quliyev artıq rəsmən Türkiyə vətəndaşıdır. Onun komandamızda yerli atlet kimi çıxış etməsi üçün ötən həftə bütün sənədləri qaydasına salınıb”. Bu sözləri apasport.az saytına eksklüziv açıqlamasında İstanbulun “Fənərbaxça” klubunun rəsmisi Fikrət Çətinkaya deyib.
Gənclər arasında dünya birinciliyinin gümüş mükafatçısı Ramil Quliyev karyerasını Türkiyədə davam etdirəcək. Son dəfə 2009-cu ildə Azərbaycan millisinin şərəfini qoruyan idmançı 3 il sonra qaçış cığırına “ay-ulduzlu” formada çıxacaq.
Çətinkayanın sözlərinə görə, onun Türkiyə vətəndaşlığını alması öz istəyi ilə baş tutub: “Ona konkret Rusiya və İran yığmalarında iştirak etmək üçün təkliflər olunmuşdu. Lakin Ramil “Fənərbaxça”nın heyətində yer aldığından, Türkiyə millisinin şərəfini qorumaq istədi. Bizə müraciət etdi və biz də razılaşdıq. Artıq bütün məsələlər rəsmən həllini tapıb. Qardaşım, siz olsaydınız nə edərdiniz? Təbii ki, onun istəyinə “hə” cavabı verərdiniz. Çünki Türkiyə vətəndaşlığı almayacağı halda, Rusiya və ya Qətəri seçəcəkdi”.
Çətinkaya bildirib ki, Quliyev Azərbaycanda çıxış etmək istəməməsini biganə münasibətlə əlaqələndirib: “Siz o atlet üçün nə etmisiz? Dünya ikincisi olan Ramilə Azərbaycanda biganə münasibət olub. Onun federasiyada problemləri var idi. Bir sözlə, Ramil komandamızda da legioner kimi deyil, türk kimi çıxış edəcək”.
Qeyd edək ki, Azərbaycan Atletika Federasiyası Ramil Quliyevin “Fənərbaxça”da çıxışına 1 illik icazə vermişdi. Lakin imzalanan müqavilə bu ilin yanvarında başa çatsa da, atlet Bakıya qayıtmaqdan imtina etmişdi.

- Azərbaycan və Polşa arasında antidopinq sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- Millidən yeni rekord: Yığma dünya reytinqində 27-ci sıraya yüksəlib
- Şose velosipedi üzrə Azərbaycan çempionatı start götürüb
- Formula-1: Azərbaycan Qran-prisinin vaxtı dəyişdirilib
- Bakıda Padel tennis üzrə beynəlxalq yarışın qalibləri mükafatlandırılıb
0
0