3 boksçumuz çempion oldu
13.03.2011 - 00:07
Bakı İdman Sarayında boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan idmançıları yarışda 3 qızıl, 6 gümüş və 3 bürünc medal əldə ediblər.
Qeyd edək ki, final görüşlərindən ikisi baş tutmayıb. 49 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə xəstələndiyindən həlledici döyüşə çıxmayıb. 91 kq-da yarışan Teymur Məmmədov da Artur Beterbiyevlə final görüşünə çıxmadığından qələbə Rusiya idmançısına verilib.
İki çəki dərəcəsində - 52 kq və 81 kq-da finalda Azərbaycan idmançıları üz-üzə gəlib. 16 yaşlı Tural Əhmədov Ramal Yusifzadəni 5:2 hesabı ilə məğlub edərək, yarışın qalibi olub. Əhmədov bu il gənclər arasında ölkə birinciliyinin finalında da Yusifzadəni üstələmişdi. Yarımfinalda Yeqor Mexontsev üzərində qələbə qazanaraq, sensasiyaya imza atmış Ramil Əliyev qızıl medal uğrunda görüşdə komanda yoldaşı Vətən Hüseynli ilə qarşılaşıb. Azərbaycan çempionatında olduğu kimi bu dəfə də qələbə Hüseynlinin tərəfində olub.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0