Azərbaycan və Rusiya Milli Olimpiya Komitələri arasında memorandum imzalanıb
24.03.2011 - 15:08
Rusiyanın Soçi şəhərində MDB, Baltika və Şərqi Avropa ölkələrinin Milli Olimpiya Komitələri və idman nazirlərinin görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, 20 ölkənin qatıldığı təbirdə tərəflər arasında idman sahəsində əməkdaşlıqla bağlı memorandum imzalanıb. Tədbirin təşkilatçısı olan Rusiya Olimpiya Komitəsi Azərbaycan, Qırğızıstan, Tacikistan, Estoniya, Özbəkistan, Belarus, Türkmənistan, Moldova, Qazaxıstan, Latviya, Çernoqoriya, Makedoniya və Serbiya kimi ölkələrin müvafiq qurumları ilə müqavilə bağlayıb. Sənəddə böyük yarışlara təşkilatçılıq məsələlərində təcrübənin bölünməsi də əksini tapıb.
Memorandumun bəndləri arasında milli idman federasiyaları arasında məşqçi və idmançıların mübadiləsi, hazırlıq məqsədilə təşkil olunan milli və gənclər yığmalarının birgə məşqlər və səfərlər, məşqçilərin hazırlanmasında əməkdaşlıq, ekspertlərin, hakimlərin, məşqçilərin səfərləri, seminarlarda birgə iştirakı, tibbi sahədə əməkdaşlıq, dopinqlə mübarizə və regional komandalar arasında əməkdaşlıq da var.

0
0