“Baku Fires” uşaqları sevindirdi – FOTO
25.03.2011 - 15:12
“Baku Fires” boks klubu Novruz bayramı günlərində qayğıya xüsusi ehtiyacı olan uşaqları sevindirmək qərarına gəlib. Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, komandanın baş məşqçisi Həmzət Ağayev və idmançılar Bilgəh qəsəbəsindəki Respublika Uşaq Sanatoriyasına baş çəkərək, uşaqlara bayram xonçaları, şirniyyatlar, meyvələr veriblər.
Sanatoriyaya komanda adından mebel də hədiyyə olunub. Ağayev bayram münasibəti ilə uşaqları təbrik etdikdən sonra onlara boks idman növü haqqında məlumat verib: “Bəlkə də gələcəyin olimpiya, dünya çempionları bu uşaqların arasındadır. Onların idmanla məşğul olması üçün əlimizdən gələni edəcəyik. İstərdik ki, yarımfinal oyunumuzu izləyən azarkeşlər arasında bu uşaqlar da olsun”. Sanatoriyada təhsil alan şagirdlər boksçuları yeməkxana və yataq otaqları ilə tanış ediblər. Boks Federasiyası və “Baku Fires” klubu bundan sonra da bu cür xeyriyyə tədbirlərini davam etdirəcək. Sonda uşaqlarla boksçular xatirə şəkli çəkdiriblər.

- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
0
0