“Oyun başlayan kimi Belçika yığması pressinq tətbiq edəcək”
28.03.2011 - 13:46
“Yığmamızın Belçika ilə həm səfər, həm də Bakıdakı oyunlarında iştirak etmişəm. Brüsseldəki qarşılaşmada daha təcrübəli, Bakıdakı matçda isə əsasən gənclərə şans vermişdilər. Çünki artıq qrupun son oyunları idi və Belçikanın final mərhələsinə adlamaq üçün şansı qalmamışdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Aslan Kərimov deyib.
Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində sabah Belçika ilə üz-üzə gələcək millimiz artıq Brüsseldədir. Almaniyadakı hazırlıq mərhələsini yekunlaşdıran yığmamız səfərdən sərfəli nəticə ilə dönməyə ümid edir: “Bu gün vaxtilə bizə qarşı forma geyinən gənclər Belçika yığmasının əsasını təşkil edirlər. Onlar Almaniyadan sonra qrupun aşkar favoritidirlər. Avstriyanı səfərdə məğlub etmələri belçikalılara əlavə psixoloji üstünlük verib. Onlar səhv buraxmadan qələbə qazanmaq istəyəcəklər. Biz isə müdafiədə səhvsiz oynayıb, əks-hücumlara bel bağlamalıyıq”.
Rəqibin üstün cəhətlərini sadalayarkən millinin sabiq üzvü fiziki hazırlığa xüsusi diqqət yetirib: “Meydanda çox hərəkət edirlər. Bununla da rəqib müdafiəsini təzyiqdə saxlamağa və səhv etməyə məcbur edirlər. Fiziki cəhətdən də çox güclüdürlər”.
Bununla belə, Kərimov nikbinliyini itirməyib. Bunun üçün I hissənin ortalarına qədər qapımızın toxunulmaz saxlanılması vacibdir: “Oyun başlayan kimi onlar pressinq tətbiq edəcəklər. Özləri müdafiədə səhv etmədən irəli atılacaqlar. İlk 15-20 dəqiqədə qapımızdan top buraxmasaq, istədiyimiz nəticəni qazana biləcəyik”.

- ABŞ-də yaşayan azərbaycanlı peşəkar hokkeyçidən Bakıda ustad dərsi
- Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
- Azərbaycan Üzgüçülük Federasiyasında yeniliklər olub
- “Pool Nine Ball” üzrə Bakı şəhər çempionatı keçiriləcək
- Yevlax Olimpiya İdman Kompleksinə media-tur təşkil olunub
0
0