Ağacan Abıyev: Ölkəmizdə boksa kifayət qədər maraq var
03.04.2011 - 15:55
Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti, Ağacan Abiyev “Baku Fires” klubunun WSB liqasında finala vəsiqə qazanacağına inandığını bildirib. Apasport.az-ın xəbərinə görə, federasiyanın rəsmi saytına açıqlama verən millət vəkili bütün azarkeşləri komandamıza dəstək olmağa çağırıb: “Baku Fires” klubu WSB liqasının ilk mövsümündə olduqca uğurla çıxış etdi. Komandamız 31 xal toplayaraq, Asiya zonasının qalibi oldu. Boksçularımız WSB liqasında bütün klublardan çox xal topladı. Avropa zonasının qalibi Paris United 29, Amerika zonasında birinci olan Los Angeles Matadors isə cəmi 25 xal toplayıb”.
Bir neçə gündən sonra boksçularımız Fransa komandası ilə yarımfinal görüşünə çıxacaq. Abıyev də bütün azarkeşləri aprelin 9-da “Sərhədçi” İdman Olimpiya Mərkəzinə gəlməyi və “Baku Fires”ə dəstək olmağa çağırıb: “WSB liqasının görüşləri də göstərdi ki, ölkəmizdə boksa kifayət qədər maraq var. WSB Olimpiya oyunlarına lisenziya verir. Bu baxımdan yarışın önəmi böyükdür. İki boksçumuz – Soltan Migitinov və Məhəmmədrəsul Məcidov London Olimpiadasına lisenziya qazanmağa yaxındırlar. WSB liqası ilk mövsümdəcə dünyada kifayət qədər populyarlıq qazandı”.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0