Dünya Oyunlarında daha 4 medal
07.04.2011 - 17:30
Türkiyənin Antalya şəhərində keçirilən Dünya Oyunlarında paralimpiyaçılarımızın parlaq qələbələri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ilk 2 günündə 3 medal qazanan yığmazımızın üzvləri daha 4 dəfə fəxri kürsüdə yer alıblar.
Belə ki, cüdocumuz Afaq Sultanova bütün rəqiblərini məğlub edərək, yarışın qalibi adını qazanıb. Atletika növündə isə uzunluğa tullanma yarışlarında Oleq Panyutin hamını qabaqlayıb. O, 7,07 m tullanmaqla 1-ci yeri tutub. Bu növdə gümüş medal da həmyerlimizə - Vladimir Zayetsə (6,75 m) qismət olub.
400 metr məsafəyə qaçışda Rza Osmanov finiş xəttinə 50,28 saniyə çatmaqla, fəxri kürsünün üçüncü pilləsinə qalxıb. O, həmçinin, 200 metr məsafəyə qaçışda 22.73 nəticə ilə finala vəsiqə qazanıb. 800 metrə qaçışda isə Orxan Ramazanov 7-ci yeri tutub.
Qeyd edək ki, bununla da Azərbaycan millisinin aktivindəki medalların sayı 7-yə çatıb. Yarışın ilk 2 gündə də Vladimir Zayets və Oleq Panyutin fərqlənmişdi. Onlar 3 təkanla tullanmada 1-ci və 2-ci yerlərə sahib olmuşdular. Yığmamızın bürünc medalı isə cüdoçu Ramin İbrahimovun aktivindədir.

- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar
- Azərbaycan fiqurlu konkisürənləri Bolqarıstanda bürünc medal qazanıblar
0
0