“Apelyasiya çətin ki, Valentin Xristova kömək etsin”
12.04.2011 - 15:45
“Valentin Xristova yazığım gəlir. Amma federasiya öz qaydalarına uyğun hərəkət edib”. Apasport.az saytının məlumatına görə, bunu Avropa Ağır Atletika Federasiyasının (EWF) rəsmisi Marek Cevovski deyib.
O, Kazanda keçirilən Avropa çempionatında Azərbaycan yığması yeni milliləşdirilmiş atletinin nəticəsinin ləğv edilməsinə münasibət bildirib: “Əgər məlumat aprelin 11-də günorta saat 2-yə kimi daxil olsaydı, onun nəticələri ləğv olunmayacaqdı. Lakin sənədlər indiyə kimi gəlib çıxmayıb. Qaydalara görə belə olan halda, idmançı yarışlara buraxıla bilməz. Apelyasiya çətin ki, ona kömək etsin”.
Cevovski, həmçinin belə bir problemin ortaya çıxmasında Valentin Xristovun ölkəsinin Ağır Atletika Federasiyasını da günahlandırıb: “Problem ondadır ki, Bolqarıstanda 3 ağır atletika federasiyası var. Onların isə hansının əsas olduğu bilinmir”.
Qeyd edək ki, qitə çempionatında təmsilçimiz podiuma çıxsa da, onun nəticəsi A qrupunun mübarizəyə qoşulacağı anda ləğv edilib.

- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
- Qaşım Maqomedov: "Bu medal mənim üçün böyük əhəmiyyət kəsb edir"
- Yenilənmiş Olimpiya medalları idmançılarımıza təqdim edilib
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
0
0