Bəhram Bağırzadə azarkeşləri Azərbaycan – Almaniya oyununa dəvət etdi
22.04.2011 - 17:54
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində iyunun 7-də keçiriləcək Azərbaycan - Almaniya oyununun biletləri aprelin 21-dən etibarən satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, bu gün Park Bulvar Alış-Veriş Mərkəzində yerləşən satış məntəqələrinin birində millimizin sadiq azarkeşi Bəhram Bağırzadə bilet alıb. O, AFFA-nən rəsmi saytına fikirlərini bildirib: “Bakıda Almaniya ilə keçiriləcək oyuna bir aydan da artıq vaxt qalır. Buna baxmayaraq, mən həmin qarşılaşmanı izləmək üçün artıq bilet almışam. Bütün azarkeşləri yığmamızı dəstəkləmək üçün stadiona dəvət edirəm. Əgər komandamız Türkiyə ilə qarşılaşmadakı kimi əzmkar mübarizə aparsa, qarşıdakı oyunlarda da uğur qazana bilər”.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib
0
0