Allahverdiyev də ümidləri doğrultmadı
13.05.2011 - 10:38
Perunun paytaxtı Limada keçirilən ağırlıqqaldırma üzrə gənclər arasında dünya çempionatında yığmamızın daha bir üzvü çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, 69 kq çəki dərəcəsində podiuma çıxan Tofiq Allahverdiyev ümidləri doğrultmayıb.
O, 2 hərəkətin cəmində 241 kq (106 kq + 135 kq) çəkini ram edib və 11 yeri tutub. İlk pilləni isə Rusiya milli komandasının erməni əsilli atleti Ramzik Unanyan tutub. O, həmyerlimizdən 41 kq çox qaldırıb.
Yeri gəlmişkən, Azərbaycan Ağır Atletika Federasiyası dünya çempionatı üçün 9 idmançı sifariş etsə də, sonda yığmamız yarışa 3 atletlə yollanıb. Sabah isə Nizami Paşayevin yetirmələrindən sonuncusu - Mirhüseyn Hüseynov (85 kq) mübarizəyə qatılacaq.
Qeyd edək ki, Allahverdiyevdən öncə Allahyar Abışov (50 kq) qüvvəsini sınamışdı və 9-cu olmuşdu.

- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0