Rusiya milli komandası Lənkərana gəlir
23.05.2011 - 11:13
Qadın boksçularımız mayın 24-dən 30-a kimi Lənkəran Olimpiya Kompleksində Rusiya milli komandası ilə birgə təlim-məşq toplanışı keçəcəklər. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, şimal qonşumuzun baş məşqçisi Viktor Lisitsin Azərbaycana 5 boksçu gətirəcək.
Bunlar Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Yelena Saveleva (51 kq), iki qat dünya və Avropa çempionu Sofya Oçiqava (60 kq), Avropa çempionu Nadejda Torlopova (75 kq) və İrina Poteyevadır. Adıçəkilən boksçular bu günlərdə Novosibirskdə başa çatan Rusiya çempionatında da uğurla çıxış ediblər.
Toplanışda milli komandamızdan isə baş məşqçi Aleksandr Denisovun rəhbərliyi altında 3 idmançı – Ayzanat Hacıyeva (60 kq), Əzizə Abbasova (51 kq) və Yelena Vıstropova (75 kq) iştirak edəcəklər.
Qeyd edək ki, Vıstropova bu günlərdə Qazaxıstanda keçirilmiş beynəlxalq turnirdə qızıl medala layiq görülmüşdü. Hacıyeva isə həmin yarışı 3-ü yerdə başa vurub. Olimpiya oyunlarında qadın boksunda yarışlar 3 çəki dərəcəsində - 51, 60 və 75 kq çəki dərəcələrində mübarizə aparacaqlar.

0
0