“Azərbaycandan yaxşı olmaq üçün maksimum güc sərf edəcəyik”
26.05.2011 - 11:25
Qazaxıstan milli komandasının baş məşqçisi Miroslav Beranek Azərbaycan yığması ilə iyunun 3-də Astanada keçiriləcək rəsmi oyuna ciddi yanaşır. Apasport.az saytının məlumatına görə, çexiyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsində ilk qələbəni millimizlə evdəki görüşdə qazanmaq istəyir: “Azərbaycan yığması ciddi rəqibdir. Onlar cari seçmə mərhələdə Türkiyəni yenib. Ancaq biz Azərbaycandan daha yaxşı olmaq üçün maksimum güc sərf edəcəyik”.
Qeyd edək ki, Beranek bu oyuna 3 aparıcı futbolçu – qapıçı David Loriya, kapitan Andrey Karpoviç və hücumçu Nurbol Jumaskaliyevin xidmətindən istifadə etməyəcək.
Qeyd edək ki, Beranek bu oyuna 3 aparıcı futbolçu – qapıçı David Loriya, kapitan Andrey Karpoviç və hücumçu Nurbol Jumaskaliyevin xidmətindən istifadə etməyəcək.
- Azərbaycanın trek yığması Avropa çempionatında iştirak edəcək
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
0
0