“Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyirik”
02.06.2011 - 09:07
“Milli komandaya qayıdacağıma inanırdım. Bu mənada Qazaxıstan və Almaniya yığmaları ilə rəsmi oyunlara dəvət olunacağımı gözləyirdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının futbolçusu Rəşad Sadiqov bu gün keçirilən mətbuat konfransında deyib.
9 aylıq fasilədən sonra milli komandaya qayıdan “Qarabağ”ın yarımmüdafiəçisi ona bir müddət dəvət göndərməyən baş məşqçi Berti Foqtsla probleminin olmadığını bildirib: “Hazırda milli komandada ab-hava, Foqtsla münasibətlərimiz yaxşıdır. Qazaxıstan və Almaniya yığmaları ilə oyunlar bizim üçün vacibdir. Hər 2 əhəmiyyətli görüşdə komandama kömək etmək istəyirəm. Azərbaycan xalqını qələbə ilə sevindirmək istəyirik”.
Milli komandamız Qazaxıstanla Avro-2012-nin seçmə mərhələsində “Astana Arena”da sabahkı oyunu süni örtüklü meydana keçirəcək. Sadiqov bu amillə bağlı fikirlərini bildirib: “Biz necə vaxtdır oyuna süni örtüklü meydançada hazırlaşırıq. Bakıda belə qazonda məşq etdik. İndi də Astanada süni qazonda məşq edirik. Fikrimcə, problem olmamalıdır. Düzdür, süni qazonda oynamaq çətindir. Yaxşı olardı ki, təbii ot örtüyündə oynayaq. Mən belə qazonda futbolu daha üstün tuturam. Ancaq neyləmək olar, süni qazonda oynamağa məcburuq”.
Mehman SÜLEYMANOV, Astana

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0