“Azərbaycanla oyuna qoyulan mükafat barədə danışa bilmərəm”
02.06.2011 - 14:25
“Azərbaycanla yığması ilə sabahkı oyuna yüksək əhval-ruhiyyədə hazırlaşırıq. Biz qələbədən başqa heç nə fikirləşmirik”. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Qazaxıstan millisinin kapitanı Kayrat Nurdauletov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Yarımmüdafiəçi bildirib ki, milli komandasının uğursuzluq sindromuna son qoymasının vaxtı çatıb: “Biz ilk növbədə oyuna köklənmə, motivasiya hesabına istəyimizə çata bilərik. Azərbaycan yığması yaxşı komandadır, sürətli oyunu ilə seçilir. Heyətində texnikalı futbolçular var. Ancaq biz oyuna yüz faiz köklənsək, bütün gücümüzü qoysaq, qalib gələcəyimizi düşünürəm. Kapitan kimi onu deyə bilərəm ki, düşərgədə yaxşı əhval-ruhiyyə hökm sürür. Oyunda azarkeş dəstəyindən də çox şey asılı olacaq. Fürsətdən istifadə edib, onları sabahkı oyuna çağırıram”.
Nurdauletov yığmamızla oyunda qələbəyə görə qoyulan mükafat haqda suala cavab vermək istəmədi: “Bu, mənə aid sual deyil. Bunu rəhbər şəxslərdən soruşmaq lazımdır və onlar cavablandırsa, düzgün olar. Biz bağladığımız müqaviləyə görə mükafat alırıq. Ancaq bu, mətbuata açıqlanası məsələ olmadığından, deyə bilmərəm. Yəqin ki, Azərbaycan üzərində qalib gəlsək, nəzərdə tutulan məbləği verərlər”.
Mehman SÜLEYMANOV, Astana

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0