Qazaxıstan yığmasının 15 dəqiqəlik açıq məşqi
02.06.2011 - 14:56
Qazaxıstan millisi Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyuna hazırlıq çərçivəsində bu gün açıq məşqini keçirib. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, rəqibin baş məşqçisi Miroslav Beranek yerli vaxtla saat 15:30-da (Bakı vaxtilə 14:30-da) keçirdiyi mətbuat konfransından sonra komandanı “Astana-Arena”da meydana çıxarıb.
Məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub. Bundan sonra jurnalistlər meydançadan çıxarılıb və hazırlığın qalan hissəsi qapalı keçib.
İlk 15 dəqiqə isinmə hərəkətlərindən ibarət olduğundan, Beranek məşqlə bağlı əsas çalışmaları mətbuat nümayəndələrinin izləyə bilməyəcəyi vaxta salıb.
Hər halda, çexiyalı mütəxəssisin heyətlə bağlı qayğıları yetərincədir. Təsadüfi deyil ki, bir neçə futbolçusunu millimizlə oyuna heyətdən kənarda qoyan Beranekin sərəncamında olanlar arasında da zədəliləri var. Ancaq bununla belə, ruhdan düşməyən çalışdırıcı Azərbaycanla oyunadək zədə probleminin olmayacağını düşünür.
Qeyd edək ki, milli komandamız saat 18:00-da “Astana-Arena”da açıq məşqə çıxacaq.
Mehman SÜLEYMANOV, Astana

- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0