Berti Foqtsun tərəddüdlü start heyəti
02.06.2011 - 17:17
Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsində Qazaxıstanla səfər oyununa təxmini start heyəti məlumdur. Apasport.az saytının Astanaya ezam olunmuş əməkdaşının məlumatına görə, komandamızın baş məşqçisi Berti Foqtsun bu gün açıq məşqdə şərti olaraq “yaşıllar”a böldüyü futbolçuları sabah ilk dəqiqələrdən meydana buraxacağını demək olar.
“Çərçivə”nin əsas qapıçımız Kamran Ağayevə etibar ediləcəyi şübhə doğurmur. Hərçənd, Foqts Qazaxıstan və Almaniya ilə oyunlara 4 qapıçı çağırsa da, Kamran “1 nömrə” kimi yerini çoxdan möhkəmlədib.
Kapitan Rəşad Sadıqovun müdafiənin mərkəzində millimizin son oyunu olan Belçika yığması ilə səfər görüşündə olduğu kimi, Vladimir Levinlə tandem təşkil edəcəyi, Rail Məlikovun yenə müdafiənin sol cinahında oynayacağı gözlənilir. Brüsseldəki görüşdə müdafiənin sağ cinahında oynayan Mahir Şükürov bu dəfə çağırılmasa da, Maksim Medvedev sağalaraq, hazırda yığmadadır.
Foqts uzun fasilədən sonra milliyə qaytardığı Rəşad Sadiqova da “yaşıllar” arasında yer verdi. Bununla, almaniyalı mütəxəssis bir müddət kənarda qoyduğu bu futbolçu ilə probleminin olmadığını göstərdi. Hər halda, Rəşad bu il “Qarabağ”ı meydana kapitan kimi çıxararaq, hazırda yaxşı formada, millinin əsas heyətində yer almağa layiqli olduğunu nümayiş etdirdi. Özü də Sadiqovun son vaxtlar klubunda olduğu kimi, dayaq yarımmüdafiəçisi yox, oyun qurucusu funksiyasını yerinə yetirəcəyi gözlənilir. Çünki onun “Qarabağ”da komanda yoldaşı olan Elvin Məmmədov də zədə üzündən millidən kənarda qalandan sonra Foqtsun sərəncamında oyun qurucusu demək olar qalmayıb.
Bir məqamı da qeyd edim ki, Sadiqov bu gün mətbuat konfransına gələn futbolçular arasında idi. Yığmanın oyunundan 1 gün öncə jurnalistlər qarşısına çıxanlar isə adətən Foqtsun əsas heyətdə güvənəcəyi futbolçular olur.
“Qarabağ”ın digər yarımmüdafiəçisi Əfran İsmayılovun da uzun fasilədən sonra milliyə əsas heyət oyunçusu kimi qayıdacağını demək olar. Hər halda, Şükürovun da yoxluğunu nəzərə alsa, yarımmüdafiənin sağ cinahında ən ideal variant məhz Əfrandır. Foqts Cavid Hüseynovu mütəmadi çağırsa da, adətən sonradan meydana buraxır. Ancaq deyəsən, bu dəfə fərqli olacaq və “yaşıllar”ın sırasında qərarlaşan Cavid əsas heyətdə yer alacaq. Hər halda, son oyunlarda “Neftçi”nin əsas heyətində meydana çıxan Hüseynov yaxşı təsir bağışlayır və yarımmüdafiənin sol cinahında hücuma dəstək verməlidir.
Yeganə hücumçumuz da “Qarabağ”ın futbolçusu olacaq ki, söhbət Rauf Əliyevdən gedir. Rauf da “yaşıllar” arasında idi. Qalır bir mövqe ki, bu da orta sahə ilə bağlıdır. Foqts Kamranı da nəzərə alsaq, 10 futbolçuya yaşıl formanı geydirmişdi. Yəni görünür, 1 yer Foqts üçün hələ qaranlıq qaldığından, kimi qoyacağı ilə bağlı tərəddüd edir.
Bu isə dayaq yarımmüdafiəçisi ilə bağlıdır. Həmin mövqeyə Foqtsun sərəncamında Ruslan Ablşov, Aleksandr Çertoqanov, Rahid Əmiqruliyev var ki, onların hər üçünü Belçika ilə səfər oyununda əsas heyətdə meydana buraxmışdı. Ancaq izlədiyimiz 15 dəqiqədə onlar yaşıllar yox, “qırmızılar”ın heyətindi idi.
Bu isə daha çox ehtiyatda qalanlardır. Ancaq təbii ki, həmin üçlükdən biri sabah ilk dəqiqələrdən oynayacaq və bunun Ruslan olacağını təxmin etmək olar. Ən azı ona görə ki, Abışov Əmirquliyev və Çertoqanovdan fərqli, Azərbaycan kubokunun finalının iştirakçısı olmayıb və Foqtsun hələ Bakıda başlayan təlim-məşq toplanışından indiyə kimi tam hazırlıqdan iştirak etməyib. Digər 2 futbolçu isə mayın 20-də yox, 24-də finaldan sonra millinin düşərgəsinə gəlməli oldular.
Təbii ki, dəqiq start heyətini Foqtsun özü yaxşı bilir və əvvəllər də ikitərəfli oyunda sınadığı əsas heyətdə son anda dəyişiklik edib. Almaniyalı mütəxəssis açıq məşqi qazaxların da izlədiyini nəzərə alaraq, bütün kartları açıb ortaya qoya bilməzdi.
Mehman SÜLEYMANOV
ASTANA

- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azərbaycan Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyası təsis edilib
- Parapauerliftinqçilərimiz Avropa Açıq çempionatında 12 medal qazanıb
0
0