Anar Salmanov Avro-2012-nin oyununda
07.06.2011 - 12:11
Bu gün yığma komandamızla yanaşı, hakimlərimiz da iş başında olacaqlar. Apasport.az saytının xəbərinə görə, FİFA referisi Anar Salmanovun başçılıq etdiyi hakimlər briqadası Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində Minskin “Dinamo” stadionunda baş tutacaq Belarus – Lüksemburq oyununu idarə edəcək. Ona FİFA laynsmanları Mehman Mahmudovla Vaqif Musayev kömək edəcək. Dördüncü hakim funksiyasını digər FİFA referisi Fariz Yusifov yerinə yetirəcək.
Belarus – Lüksemburq matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Belarus – Lüksemburq matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar
0
0