“Qarabağ”ın daha bir oyunçusu lazım olmadı
08.06.2011 - 09:00
Ağdamın “Qarabağ” klubunun şərəfini qoruyan legionerlərin çağırıldığı Albaniya milli komandası Avro-2012-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, albanlar Bosniya və Herseqovina yığması ilə qarşılaşmada 0:2 hesabı ilə uduzub. Premyer Liqamızın bürünc mükafatçılarından yalnız Ansi Aqolli bu görüşdə meydana çıxıb. O, start heyətində meydana çıxsa da 60-cı dəqiqədə baş məşqçi Yosip Kuje tərəfindən əvəzlənib. Digər “futbolçumuz” Admir Teli isə ümumiyyətlə bu matçda lazımsız olub.
Qeyd edək ki, “Qarabağ”ın daha bir futbolçusu, Premyer Liqamızın daha bir futbolçusu Georgi Adamiya Gürcüstan yığmasına çağırılsa da sonradan lazım olmamışdı.
Qeyd edək ki, “Qarabağ”ın daha bir futbolçusu, Premyer Liqamızın daha bir futbolçusu Georgi Adamiya Gürcüstan yığmasına çağırılsa da sonradan lazım olmamışdı.
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
0
0