Milli komandamızın baş məşqçisi fırıldaqçılıqda ittiham olundu
09.06.2011 - 16:33
Azərbaycan yığmasının baş məşqçisi Yanko Rusevin milli komandamıza gətirdiyi ağır atletlərdən biri – Rumyana Petkova artıq Bakını tərk edib. Apasport.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, o vətəninə əli ətəyindən uzun yollanıb.
Belə ki, müqaviləsiz 9 ay yığmamızın düşərgəsində olan Petkovanın maaşından hər ay 100-200 avro kəsilirmiş. İdmançının anasının dediyinə görə, bu pullar Rusevin cibinə gedirmiş. Petkovanın anası Kristiana bildirib ki, hətta Rumyananın “Herkules” klubundan keçidi üçün əvvəl 10 min dollar vəd edən baş məşqçi cəmi 1000 dollar ödəyib.
Qeyd edək ki, Bolqarıstan mətbuatı Rusevin federasiyada həyata keçirdiyi fırıldaqlara görə Azərbaycanı hələ də tərk edə bilmədiyini iddia edir. Onların yazdıqlarına görə, bundan başqa, 44-dən artıq idmançı dopinqdə ilişib ki, elə bu səbəbdən də Azərbaycan atletləri apreldə Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında iştirak etməyiblər.

- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
0
0