Yığmamızın üzvü yenidən Bolqarıstanı millisini seçdi
10.06.2011 - 23:01
Ağır atletika üzrə Azərbaycan yığmasının milliləşdirilmiş bolqarıstanlı legioneri Rumyana Petkova öz vətənində çıxış edəcək. Apasport.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, artıq o bu məqsədlə əsas komandaya dəvət edilib.
Bolqarıstan yığmasının baş məşqçisi və eyni zamanda atletin anası Kristiyana Koleva da açıqlamasında Petkovaya böyük ümid bəslədiyini bildirib: “Mən Rumyana Petkova, Maya İvanova və Mariya Dimitrovaya inanıram. Onların gəlişindən sonra bütün çəkilərdə təmsil olunacağıq və Olimpiadaya daha çox sayda lisenziya qazanmaq şansımız da artacaq”.
Qeyd edək ki, 9 ay öncə milliləşdirilən Rumyana Petkova milli komandamızda debüt etməyib. O, ötən il Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında yığmamızın heyətində yer alsa da, zədələndiyi üçün debüt edə bilməmişdi.

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0