Azərbaycan idman jurnalistikasına ağır itki üz verib
11.06.2011 - 06:38
Azərbaycan idman mətbuatına ağır itki üz verib. Əməkdar jurnalist, Həsən bəy Zərdabi adına, "Qızıl qələm", "İnam" milli mükafatlarının laureatı Aqşin Kazımzadə 74 yaşında dünyasını dəyişib.
A.Kazımzadə sayılıb-seçilən tanınmış jurnalistlərimizdən olub. 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunda təhsil alarkən jurnalistikaya ilk qədəmlərini "Molodyoj Azerbaydjana"da qoyub. "Sovetski sport"un Azərbaycan üzrə yeganə azərbaycanlı bölgə müxbiri işləyib. "Bakinskiy raboçiy", "Vışka" və Bakıda nəşr olunan digər rusdilli qəzetlərdə müxtəlif vəzifələrdə çalışıb. O, Azərbaycan futbolunun 100 illiyi münasibətilə mükafatlandırılan 33 idman yazarı arasında yer alıb.
Apasport..az saytının kollektivi Aqşin Kazımzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və bütün yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!

- Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı - VİDEO
- Kamandan oxatma üzrə tarixi Superkubokun qalibləri müəyyənləşdi
- Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib
- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
0
0