“Qarabağ”da 22 futbolçu
14.06.2011 - 08:10
“Qarabağ”da 22 futbolçu
Ağdamın “Qarabağ” klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, 4 gündür 12 nəfərlə məşq edən komanda artıq legionerlərinə də qovuşub. Azərbaycan millisinin üzvləri və Georgi Adamiya da “Qarabağ”ın düşərgəsinə qatılaraq ümumilikdə futbolçuların sayını 22-yə çatdırıblar.

Amma komanda heç də tam heyətlə məşq edə bilmir. Albaniya milli komandasının düşərgəsindən qayıdan Ansi Aqolli və Admir Teli yol yorğunu olduğu üçün hələlik məşqlərdə tam qüvvə ilə iştirak etmir. Həmçinin zədəli Rauf Əliyev komanda hazırlıqlarından kənar qalıb. Ağdamlılar 2 tərəfli oyun keçirməyə də imkan tapıblar. Təcrübəli Zaur Həşimovun başçılıq etdiyi Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov, Murad Səttarlı, Elgiz Kərəmi və Kamil Hüseynovdan ibarət komanda Bojan Pavloviç, Ansi Aqolli, Namiq Yusifov, Emin İmaməliyev, Admir Teli, Nderim Nedzipi, İlqar Qurbanovdan ibarət komandanı ümumi nəticədə 1 top fərqiylə məğlub edib.

Mənbə: qarabagh.com