Azərbaycanın protesti qəbul edilmədi
21.06.2011 - 11:32
Azərbaycan Boks Federasiyasının rəsmilərinin Ankarada keçirilən Avropa çempionatında həmyerlimizə qarşı haqsızlıq edilməsi ilə bağlı verdiyi protestə baxılıb. Apasport.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayevin 1/8 finalda türkiyəli Fatih Keleşə 23:24 hesabı ilə məğlub olduqdan sonra edilən etiraz nəticəyə təsir etməyib.
Protestə AİBA-nın icraçı direktoru Xo Kim, Avropa Boks Federasiyasının (EUBC) prezidenti Umberto Furqoni, Avropa çempionatının texniki deleqatı Kisan Narşi, EUBC İcraiyyə komitəsinin üzvü Derenik Qabrielyan və Macarıstan Boks Federasiyasının prezidenti Şandor Çotoni bağlı qapılar arxasında baxıblar. 1 saatdan çox davam edən müzakirələrdə döyüşün kasetinə təkrar-təkrar baxılıb.
Türkiyə Boks Federasiyasının bir çox üzvləri qeyri-rəsmi söhbətdə İsayevin qalib gəldiyini etiraf ediblər. Müzakirələr başa çatdıqdan sonra Kisan Narşi əvvəlcə Türkiyə Boks Federasiyasının prezidenti Eyyub Gözgəci təklikdə qəbul edib və qərarı onun nəzərinə çatdırıb. Daha sonra isə Azərbaycan nümayəndə heyətinin üzvünə protestin qəbul edilmədiyi və bu gün bu barədə yazılı açıqlama veriləcəyi söylənilib.
Qeyd edək ki, İsayevlə Keleş arasında baş tutan döyüşün 2-ci raundundan sonra hesab heç-heçə olub. 3-cü hissədə isə üstünlük İsayevin tərəfində olsa da, hakimlər yerli idmançının 1 xal fərqi ilə qələbəsini qeydə alıblar. 2-ci raundda rinq hakimi boksçumuza xəbərdarlıq edib ki, bu da rəqibə 2 xal gətirib. Üçüncü hissədə Keleş daim mübarizədən yayınsa da, hakim ona xəbərdarlıq etməyib.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0