Avropa çempionatında Azərbaycan rekordu
24.06.2011 - 11:18
Atletika üzrə Azərbaycan yığması komandalararası Avropa çempionatında yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, İslandiyanın paytaxtı Reykyavikdə keçirilən qitə birinciliyinin III divizionunda mübarizə aparan idmançılarımız vətənə 12 medalla dönüblər.
Komandamızın heyətində Ruslan Abbasov (100 və 200 m), Hakim İbrahimov (400 m), İbrahim Əhmədov (400 metr, maneəli), Rəhim Məmmədov (110 m, maneəli), Dmitri Marşin (çəkicatma) və Gözaşin Səfərova (3000 m, maneəli və 5000 m) finiş xəttinə birinci çatıblar. Həmçinin, kişilərdən ibarət yığmamız 4x100 m və 4x400 m məsafələrə qaçışda bütün rəqiblərini qabaqlamağı bacarıblar.
Milli komandamızın digər üzvləri - Tilaxun Əliyev (5000 m) gümüş, Anar Yusifov (800 m) isə bürünc medallara sahib olublar.
Beləliklə, 10 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan atletlərimiz komanda hesabında 6-cı yeri tutublar.
Qeyd edək ki, yığmamızın əvvəlki rekordu 2009-cu ilə təsadüf etmişdi. Həmin vaxt millimiz 9 qızıl, 2 gümüş və 1 bürünc medala qazanmışdı.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0