Azərbaycan milli komandası San-Pauloda
24.06.2011 - 13:04
Azərbaycan milli komandası Braziliyanın San-Paulo şəhərində keçiriləcək cüdo üzrə Dünya Kubokunda iştirak edəcək. Apasport.az saytının məlumatına görə, iyunun 25-26-da baş tutacaq yarışda ölkəmizin idman şərəfini 8 idmançı qoruyacaq.
London-2012-yə lisenziya xarakterli Dünya Kubokunda Ağayar Axundzadənin yetirmələrindən İlqar Müşkiyev, Nicat Şıxəlizadə (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Elmar Qasımov (100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) iştirak edəcəklər.
Yarışın qalibi 100, 2-ci yerin sahibi 60, 3-cü yerin sahibi 40, 5-ci yerin tutan cüdoçu isə aktivinə 20 lisenziya xalı yazdıracaq.
Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən “Böyük dəbilqə”də iştirak edən millimiz burada təlim-məşq toplanışını yekunlaşdıraraq, artıq San-Paulo şəhərinə yollanıb. Bu turnirdə bürünc medal qazanan Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) isə Dünya Kubokuna qatılmayacaq.

- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0