Salman Əlizadə Avropa çempionudur!
24.06.2011 - 15:26
Bu gün Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında final döyüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələyə yüksələn Azərbaycan milli komandasının üzvlərindən ilk olaraq Salman Əlizadə (49 kq) rinqə çıxıb.
O, rusiyalı Belik Qalanovla münasibətlərinə aydınlıq gətirib. İlk raunddan üstünlüyə yiyələnən idmançımız fasiləyə 6:4 hesabı ilə irəlidə yollanıb. Lakin II raundda Qalanov döyüşündə dönüş yaradıb – 9:9.
Son hissə isə Əlizadənin üstünlüyü şəraitində keçib. O, yekunda 16:14 hesabı ilə qələbə qazanaraq, Avropa çempionu tituluna sahib olub. O, bununla da Azərbaycan milli komandasının aktivinə 3 medaldan 2-cisinin əyarını müəyyənləşdirib.
Ondan öncə isə Heybətulla Hacəliyev (64 kq) yarımfinalda uduzaraq, bürünc alacağını rəsmiləşdirmişdi. Teymur Məmmədov (91 kq) isə bir qədər sonra rinqə çıxacaq.
Qeyd edək ki, gənclər arasında dünya çempionu və yeniyetmələrin ilk Olimpiya oyunlarının gümüş mükafatçısı olan Salmanın böyüklər arasında ilk qızıl medalı Avropa çempionatına təsadüf edib.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0