Teymur Məmmədov Azərbaycan milli komandasına 2-ci qızıl medalı qazandırdı
24.06.2011 - 18:24
Azərbaycan milli komandası Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, final qarşılaşmasında rinqə çıxan Teymur Məmmədov da yarışı uğurla başa vurub.
Belə ki, 91 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə bolqarıstanlı Tervel Pulevlə üz-üzə gəlib. İlk raundda 5:4 hesabı ilə qələbə qazanan boksçumuz növbəti hissədə Pulevi finala çıxmağına peşman edib – 15:7.
Son raund isə keçirilməyib. Buna səbəb rəqib boksçunun məşqçisinin rinqə ağ dəsmal atması olub. O, yetirməsinin Məmmədovun zərbələri qarşısında tab gətiməməsini görərək, döyüşü vaxtından əvvəl dayandırılmasını istəyib. Nəticədə Pulev üzərində inamlı qələbə qazanan Teymur Azərbaycan yığmasının aktivinə 2-ci qızıl medalı yazdırıb.
Beləliklə, Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanan millimiz komanda hesabında Rusiyadan sonra 2-ci olub.
Qeyd edək ki, Məmmədovdan öncə Salman Əlizadə (49 kq) qızıl, Heybətulla Hacəliyev (64 kq) isə bürünc medal qazanmışdı.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0