Tariximizdə yeni səhifə - STATİSTİKA
24.06.2011 - 23:00
Boks üzrə Azərbaycan milli komandası Avropa çempionatlarında medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız buna Türkiyənin paytaxtı Ankarada keçirilən qitə birinciliyində nail olub.
Belə ki, müstəqil ölkə kimi 10-cu dəfə Avropanın ən mötəbər yarışında iştirak edən millimiz 2 qızıl və 1 bürünc medal qazanmaqla yeni rekord müəyyənləşdirib. Buna kimi isə komandamızın yüksək göstəricisi 1993-cü ildə Bursada baş tutan çempionatda sahib olduğumuz 1 qızıl medal idi. Bu isə daha çox - 4 medal qazandığımız 2006-cı ildəki yarışdan üstün sayılırdı.
Qeyd edək ki, Azərbaycan boksçuları qatıldıqları 10 Avropa çempionatının 3-də fəxri kürsüyə yüksələ bilməyib.
Avropa çempionatındakı bütün mükafatçılarımız
Yığmamızın Avropa çempionatındakı medalları
Tahir HÜMMƏTOV

İl | Keçirildiyi yer | Çəki dərəcəsi | idmançı | Medal |
|---|---|---|---|---|
1993 | Bursa (Türkiyə) | 51 kq | Rövşən Hüseynov | Qızıl |
2000 | Tampere (Finlandiya) | 81 kq | Əli İsmayılov | Bürünc |
2002 | Perm (Rusiya) | 57 kq | Şahin İmranov | Gümüş |
2004 | Pula (Xorvatiya) | 69 kq | Ruslan Xairov | Bürünc |
75 kq | Cavid Tağıyev | Bürünc | ||
2006 | Plovdiv (Bolqarıstan) | 51 kq | Samir Məmmədov | Gümüş |
57 kq | Şahin İmranov | Gümüş | ||
75 kq | Rahib Bəylərov | Gümüş | ||
91 kq | Elçin Əlizadə | Bürünc | ||
2010 | Moskva (Rusiya) | 48 kq | Elvin Məmişzadə | Gümüş |
2011 | Ankara (Türkiyə) | 49 kq | Salman Əlizadə | Qızıl |
91 kq | Teymur Məmmədov | Qızıl | ||
64 kq | Heybətulla Hacəliyev | Bürünc |
Yığmamızın Avropa çempionatındakı medalları
| İl | Keçirildiyi yer | Qızıl | gümüş | Bürünc |
|---|---|---|---|---|
| 1993 | Bursa (Türkiyə) | 1 | - | - |
| 1996 | Vejle (Danimarka) | - | - | - |
| 1998 | Minsk (Belarus) | - | - | - |
| 2000 | Tampere (Finlandiya) | - | - | 1 |
| 2002 | Perm (Rusiya) | - | 1 | - |
| 2004 | Pula (Xorvatiya) | - | - | 2 |
| 2006 | Plovdiv (Bolqarıstan) | - | 3 | 1 |
| 2008 | Liverpul (İngiltərə) | - | - | - |
| 2010 | Moskva (Rusiya) | - | 1 | - |
| 2011 | Ankara (Türkiyə) | 2 | - | 1 |
| Cəmi | 3 | 5 | 5 |
Tahir HÜMMƏTOV
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
0
0