Ramil Quliyev: Bu, şəxsi məsələdir, onu mətbuata açıqlamaq istəmirəm
04.07.2011 - 08:40
Ramil Quliyev: Bu, şəxsi məsələdir, onu mətbuata açıqlamaq istəmirəm
Azərbaycanın ən perspektivli atletlərindən olan Ramil Quliyev Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, gənc idmançımız Azərbaycandan Türkiyəyə keçidini və London Olimpiadasında çıxış etmək perspektivini şərh edib.

- Hələ ki karantin üzündən rəsmi yarışlarda – dünya çempionatlarında və Olimpiadalarda iştirak etmək hüququm yoxdur. Əgər Azərbaycan mənə Türkiyə yığmasında çıxış etməyə icazə verməzsə, karantin 2014-cü ilə kimi davam edəcək. Hələ ki belə icazəm yoxdur. Ancaq ümid sonda ölür.

- Niyə siz Olimpiadada çıxışla bağlı risk edərək, Türkiyə vətəndaşlığını qəbul etdiniz?
- Mənim buna çox səbəblərim vardı. Həm şəxsi, həm də peşəkar. Mən ruhdan düşmürəm. Fikirləşirəm ki, Olimpiada ilə bağlı hər şey yaxşı olacaq. İdman həyatı çox qısadır. Əgər mən həqiqətən 3 ilin hamısını karantində keçirməli olsam, belə çıxır ki, karyeramın pik nöqtəsində bütün böyük yarışları buraxacağam.

- Siz Türkiyədə yaşayırsınız, yoxsa yalnız bu ölkə üçün çıxış edirsiniz?
- Yox. Mən İstanbulda yaşayaraq, orada məşq edirəm.

- Sizin 2 il öncə qabaqladığınız fransalı Kristof Lemetrin indiki uğurlarına qısqanmırsınız?
- Ötən mövsüm mənim üçün çox uğursuz oldu. Burada həm ailəmdə faciə oldu, atam öldü, həm də həyatımda dəyişikliklər, zədələr oldu. Mən faktiki olaraq ili buraxdım, ancaq eybi yoxdur. Heç nə demək istəmirəm. Kimin güclü olduğunu qaçış cığırı göstərəcək.

- Ən çətin anda karyeranızı bitirmək fikrinizə düşürdünüz?
- Əlbəttə, yox. İdman mənim həyatımdır, mən onunla yaşayıram.

- Belinizdə olan tatuirovkanın mənası nədir?
- Bu, şəxsi məsələdir, onu mətbuata açıqlamaq istəmirəm.