Ağır atletlərin Avropa komissiyasının üzvləri Lənkəranda olub
11.08.2011 - 18:16
Usta ağır atletlər arasında XXII Avropa çempionatı 2012-ci ildə Lənkəranda keçiriləcək. APA-nın Cənub bürosunun məlumatına görə, çempionat öncəsi hazırlıq işləri ilə tanış olmaq məqsədilə Usta Ağır Atletlərin Avropa Komissiyasının bir qrup üzvü bu gün Lənkəranda olub.
Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov tərəfindən qəbul olunan qonaqlara mötəbər yarışa hazırlıq barədə ətraflı məlumat verilib. Usta Ağır Atletlərin Avropa Komissiyasının sədri Vilyam Barton səmimi qəbula görə icra başçısına nümayəndə heyəti adından minnətdarlığını çatdırıb.
Lənkəranın ev sahibliyi edəcək mötəbər çempionatda Avropanın 34 ölkəsindən 600-ə yaxın idmançının qatılacağını bildirən Barton Avropaya qayıtdıqdan sonra komissiyaya hesabatında Lənkəranın Avropa ölkələri ağırlıqqaldıranlarını qəbul etməyə tam hazır olması barədə məlumat verəcəyini qeyd edib.

- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb
- Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM
0
0