Startda məğlubiyyət
16.08.2011 - 08:35
Avqustun 13-də Çinin Şenjen şəhərində start götürən Tələbələrin 26-cı Yay Universiadasının cüdo yarışlarında daha bir həmyerlimiz çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, 66 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Rüstəm Orucov elə ilk döyüşdəcə məğlub olub. O, fransalı Urani Florentə uduzub.
Qeyd edək ki, yarışa 5 idmançı ilə yollanan və aktivində 1 gümüş medal olan cüdo üzrə Azərbaycan milli komandasının heyətində bu gün sonuncu idmançımız Rasim Əsədullayev (60 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, yarışa 5 idmançı ilə yollanan və aktivində 1 gümüş medal olan cüdo üzrə Azərbaycan milli komandasının heyətində bu gün sonuncu idmançımız Rasim Əsədullayev (60 kq) mübarizəyə qoşulacaq.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib
0
0