“Məmmədyarovu məğlub etməyimə təəccübləndim”
06.09.2011 - 16:22
“Dünya Kubokuna gəlməzdən öncə mən evdə valideynlərimlə zarafat edirdim ki, 3 mərhələ keçə bilərəm. Lakin əvvəlcə Pavel Elyanovu mübarizədən necə kənarlaşdıracağımı düşünürdüm”. Apasport.az saytının məlumatına görə, bunu ukraynalı şahmatçı Yaroslav Jerebux deyib.
Dünya Kubokunun 1/16 final mərhələsində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovu mübarizədən kənarlaşdıran Jerebux arxada qalan 3 mərhələyə münasibət bildirib. Onun sözlərinə görə, 2 dünyasəviyyəli zəka sahibinə qalib gəlməsi heç də asan olmayıb: “Bunun necə alındığı özümə də maraqlıdır. Yəqin ki, oyun zamanı tam konsentrasiya lazımdır. 1 səhv nəticəsində isə uduzaraq, evə qayıdırsan. Lakin hələlik heç istəmirəm ki, belə olsun. Düzünü deyim ki, Şəhriyar Məmmədyarov və Pavel Elyanov üzərində qazandığım qələbələr özümü də təəccübləndirdi”.
Qeyd edək ki, Jerebux Məmmədyarova tay-brekdə 1,5:0,5 hesabı ilə qalib gələrək 1/8 finala vəsiqə qazanıb. O həmçinin, 1/64 finalda da Elyanovu əlavə matçda məğlub edib – 1,5:0,5.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0