Məcidov yenə Abdullayevlə üz-üzə
29.09.2011 - 21:43
Azərbaycan milli komandasının ən ağır çəkili boksçusu Məhəmmədrəsul Məcidovun dünya çempionatındakı ilk rəqibi məlum olub. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz oktyabrın 2-də Özbəkistan təmsilçisi Sərdor Abdullayevlə qarşılaşacaq.
Abdullayev Misir idmançısı Madian Kassemi 20:7 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Məcidov və Abdullayev artıq bir dəfə rinqdə üz-üzə gəliblər. Amma həvəskar boksda yox, WSB liqasında. Boksçumuz “Astana Arlans” klubunun şərəfini qoruyan Abdullayev üzərində inamlı qələbə qazanmışdı.

- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
0
0