“Hamı gördü ki, azarkeşlər mənə necə dəstək oldular”
30.09.2011 - 23:41
Boks üzrə dünya çempionatında Türkiyə milli komandasına daha bir qələbəni 64 kq çəki dərəcəsində mübarizə aparan Onur Sipal qazandırıb. Apasport.az saytının xəbərinə görə, o, ilk döyüşdə Nikaraqua nümayəndəsi Luis Amadoru 16:5 hesabı ilə məğlub edib.
Türkiyə yığmasının ən təcrübəli üzvlərindən olan Onur 2008-ci ildə Pekin Olimpiadasında da mübarizə aparıb: “3 il öncə Olimpiya oyunlarına vəsiqə qazansam da, mükafatçılar sırasına düşə bilmədim. Bu dəfə Bakıda lisenziya qazanıb, Londonda fərqlənmək istəyirəm”.
Boksçu yarışın Bakıda keçirilməsinin onlar üçün əlavə üstünlük olduğunu deyib: “Hamı gördü ki, tribunalara toplaşmış azarkeşlər mənə necə dəstək oldular. Özümü Türkiyədəki kimi hiss etdim. Bütün seyrçilərə təşəkkür edirəm. İstərdim ki, dünya çempionatında əksər medalları Türkiyə və Azərbaycan boksçuları qazansın”.
Qeyd edək ki, Onurun qardaşı Öndər Sipal da milli komandanın heyətindədir. O, 69 kq çəki dərəcəsində dünya çempionatında ilk qarşılaşmada Polşa idmançısını məğlub edib.

- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
0
0