Millimizin üzvü Bolqarıstanda problem yaratdı
20.10.2011 - 11:22
Bolqarıstan Ağır Atletika Federasiyası çətin vəziyyətlə üzləşib. Apasport.az saytının məlumatına görə, buna səbəb bolqarıstanlı ağırlıqqaldıranın öz ölkəsi adından çıxış edə bilməməyidir.
Belə ki, ötən il milliləşdirilərək yığmamıza cəlb edilən Rumyana Petkovanın Azərbaycandan ayrılmasından sonra Bolqarıstan yığmasında iştirakı sual altına düşüb. O, müəyyən müddətdir doğma vətənində məşq etsə də, bolqarlar Petkovanı Fransada keçiriləcək dünya çempionatına apara bilmirlər.
Maraqlıdır ki, onlar bunun üçün Azərbaycan Ağır Atletika Federasiyasına da rəsmi müraciət etməyə çəkinirlər. Çünki bu qurumlar arasında münasibət heç də ürəkaçan deyil. Bolqarıstan Ağır Atletika Federasiyası yaxşı bilir ki, onlar xahiş etsələr, Azərbaycan tərəfi də öz maraqlarını güdəcək və vətəndaşlığımızı qəbul edən Valentin Xristovla Boyanka Kostovanın yığmamızda rəsmi icazəsini də istəyəcək.
Bu səbəbdən Bolqarıstan Ağır Atletika Federasiyasının prezdenti Nedelço Kolev susmağa üstünlük verir. Çünki o, az öncə Xristov və Kostovanın Azərbaycan bayrağı altında çıxış etməsi üçün 800 min avro tələb etmişdi.

- Azərbaycanın AirBadminton komandası Avropa çempionatında bürünc medal qazanıb
- Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
- AMADA rəhbəri Təhminə Tağı-zadə Yunanıstanda süni intellektin antidopinqdə tətbiqindən danışıb
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
0
0