Yığmamız Ermənistanı arxada qoydu
09.11.2011 - 11:24
Uşu-sanda üzrə keçirilən Gürcüstanın açıq kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yeniyetmələr arasında baş tutan yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayıb.
Səfərə 8 idmançı ilə yollanan yığmamız vətənə 7 medalla qayıdıb. Uşu-sandaçılarımızdan Hüseyn Hüseynov (25 kq), Sənan Abbasov (32 kq) və Abbas Vəliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda uduzan Ceyhun Əbdülrəhmanov (35 kq) gümüş medala layiq görülüb. İdmançılarımızdan Əyyar İbadov (38 kq), İsmayıl Hüseynov (40) və Eldar Rüstəmov (45 kq) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, millimiz komanda hesabında 3-cü olub və turnirdə iştirak edən Ermənistan yığmasını qabaqlayıb. İlk 2 sırada isə Gürcüstan və İran milliləri yer alıblar.

- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0