Cüdoçularımız üçün uğursuz reytinq cədvəli
09.11.2011 - 15:13
Cüdoçularımız üçün uğursuz reytinq cədvəli
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan milli komandasının aparıcı cudoçuları üçün uğursuz olub.

Belə ki, yığmamızın heyətində həmişə yer alan idmançılarımızdan İlqar Müşkiyev (60 kq) və Elmar Qasımov (100 kq) mövqelərini yaxşılaşdırmağı bacarıblar. Onlar müvafiq olaraq, 8-ci və 32-ci pilləyə yüksəliblər.

Ağayar Axunzadənin yetirmələrindən Tərlan Kərimov (66 kq) və Kifayət Qasımova (57 kq) isə son reytinq cədvəlindəki yerlərini qoruyublar. Aktivində 616 xalı olan Kərimov yenə 13-cü, 568 xala malik Qasımova isə 12-cidir.

81 kq cəki dərəcəsində ölkəmizi təmsil edən Olimpiya çempionumuz Elnur Məmmədli və Elxan Rəcəbli isə geriləyib. Onlar müvafiq olaraq, 1 və 4 rəqibini özlərindən irəli buraxıblar. Məmmədli son cədvəldə 4-cü, Rəcəbli isə 19-cu pillədə yer alıb.

Elxan Məmmədovla (90 kq) və Ramilə Yusubovanın (63 kq) da son yarışlarda inamsız çıxışı reytinq cədvəlində öz əksini tapıb. Öz çəkilərində millimizin 1 nömrələri hesab olunan cüdoçular hərə 2 pillə aşağı eniblər. Nəticədə onlar müvafiq olaraq, 6-cı və 15-cidirlər.

Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında 12 yer vəsiqə qazanacaq. Lisenziya xalları verəcək yarışlar isə apreldə başa çatacaq.
0