Milli komandamızdan möhtəşəm qələbə və vahid liderlik
10.11.2011 - 10:24
Milli komandamızdan möhtəşəm qələbə və vahid liderlik
Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışda VII turun oyunları baş tutub.

Bu dəfə Bolqarıstan yığması ilə qarşılaşan kişilərdən ibarət Azərbaycan milli komandası növbəti qələbəsini bayram edib. Vladimir Tukmakovun yetirmələrindən yalnız Teymur Rəcəbov güclü Veselin Topalovla heç-heçəyə razılaşıb. Digər zəka sahiblərimiz isə rəqiblərini mat ediblər. Bu qələbə təmsilçilərimizi Avropa çempionatının vahid liderinə çevirib.

Şahmatçılarımız bu gün Almaniya komandası ilə üz-üzə gələcək.

VII tur

Kişilər
BOLQARISTAN – AZƏRBAYCAN – 0,5:3,5
Veselin Topalov (2768) - Teymur Rəcəbov (2781) – 0,5:0,5
İvan Çeparinov (2650) – Vüqar Həşimov (2757) – 0:1
Aleksandr Delçev (2629) - Şəhriyar Məmmədyarov (2733) – 0:1
Yulian Radulski (2565) – Eltac Səfərli (2630) - 0:1

7 turdan sonra turnir cədvəli: 1. Azərbaycan - 12 (şəxsi göstərici 18,5), 2. Ermənistan - 11 (18), 3. Almaniya - 11 (17,5), 4-5. Macarıstan, Rumıniya - 10 (17), 6-7. Bolqarıstan, Hollandiya - 10 (15,5)...


Qadınlar
Qadınlardan ibarət Azərbaycan yığmasının isə qələbə seriyası qırılıb. Son turlarda uğurlu çıxış sayəsində 10-cu yerə yüksələn Fikrət Sideyfzadənin yetirmələri Çexiya millisi ilə dueldən məğlub ayrılıb. Xal itkisi komandamızın 3 pillə geriləməsi ilə nəticələnib. Təmsilçilərimiz VIII turda Avstriyanı sınağa çəkəcək.

AZƏRBAYCAN – ÇEXİYA – 1:3
Zeynəb Məmmədyarova (2314) – Yeva Kulanova (2297) – 0:1
Nərmin Kazımova (2241) – Katerina Nemçova (2276) – 0,5:0,5
Gülnar Məmmədova (2290) – Kristina Havlikova (2285) - 0,5:0,5
Nərgiz Umudova (2210) – Tereza Olsarova (2232) - 0:1

7 turdan sonra turnir cədvəli: 1. Rusiya – 13 (19,5), 3. Polşa – 11 (18,5), 3. Ukrayna – 10 (17,5), 4-5. Gürcüstan, Fransa – 10 (17)... 13. Azərbaycan – 7 (14,5)... 15. Avstriya – 7 (13,5)...
0