Bir gündə 2 məğlubiyyət
11.11.2011 - 09:41
Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışda VIII turun oyunları baş tutub.
Bu dəfə Almaniya yığması ilə qarşılaşan kişilərdən ibarət Azərbaycan milli komandası yarışda ilk məğlubiyyətini alıb. Vladimir Tukmakovun yetirmələrindən yalnız Teymur Rəcəbovun uduzduğu turda digər həmyerlilərimiz xalı rəqibi ilə yarı bölüb. Bu turadək Avropa çempionatının vahid lideri olan yığmamız məğlubiyyətdən sonra 3-cü pilləyə enib.
Şahmatçılarımız bu gün Rumıniya komandası ilə üz-üzə gələcək. İlk 2 pillədə qərarlaşan liderlərin bir-biri ilə dueldə heç-heçə edəcəyi halda yığmamız inamlı qələbə qazanıb qitə çempionu ola bilər. Bunun üçün komandamız ən azı 3:1 hesabı ilə qalib gəlməlidir.
VIII tur
Kişilər
AZƏRBAYCAN – ALMANİYA - 1,5:2,5
Teymur Rəcəbov (2781) – Arkadi Naydiç (2712) - 0:1
Vüqar Həşimov (2757) – Georgi Meyer (2659) – 0,5:0,5
Şəhriyar Məmmədyarov (2733) – Daniel Fridman (2661) – 0,5:0,5
Eltac Səfərli (2630) – Yan Qustafsson (2633) – 0,5:0,5
8 turdan sonra turnir cədvəli: 1. Ermənistan - 13 (şəxsi göstərici 21,0), 2. Almaniya - 13 (20,0), 3. Azərbaycan - 12 (20,0), 4. Bolqarıstan – 12 (18,5), 5-6. Macarıstan, Rumıniya - 11 (19,0), 7. Rusiya - 11 (18,5)...
Qadınlar
Qadınlardan ibarət Azərbaycan yığmasının isə ötən tur olduğu kimi yenə uduzub. Fikrət Sideyfzadənin yetirmələri Avstriya qarşısında acız olublar. Nərmin Kazımovanın qalib gəldiyi turda digər şahmatçılarımız məğlubiyyətlə barışıb. Bu məğlubiyyətdən sonra komandamız daha 5 pillə geriləyərək 18-ci pilləyə enib. Təmsilçilərimiz IX turda Macarıstanı sınağa çəkəcək.
AVSTRİYA - AZƏRBAYCAN – 3:1
Yeva Mozer (2448) - Zeynəb Məmmədyarova (2314) – 1:0
Veronika Eksler (2124) - Nərmin Kazımova (2241) – 0:1
Katarina Neurkla (2131) – Türkan Məmmədyarova (2277) – 1:0
Yuliya Novkoviç (2089) - Nərgiz Umudova (2210) – 1:0
8 turdan sonra turnir cədvəli: 1. Rusiya – 15 (22,5), 2. Polşa – 13 (21,0), 3. Ukrayna – 12 (20,5), 4. Gürcüstan – 12 (20,0), 5. Fransa – 10 (18,0)... 18. Azərbaycan – 7 (15,5)...

- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı
- Sahib Ələkbərov: "Əsas məqsədimiz velosiped idman növünü inkişaf etdirməkdir"
- Azərbaycan qadın atıcıları Avropa Çempionatında bürünc medal qazandı
- “Bakı-Xankəndi” veloyarışı: İkinci mərhələnin qalibləri mükafatlandırılıb
0
0