Milli komandamız Avropa çempionu titulunu qoruya bilmədi
12.11.2011 - 11:24
Milli komandamız Avropa çempionu titulunu qoruya bilmədi
Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalar arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, kişilərdən ibarət milli komandamız Avropa çempionu titulunu qorumağa şansı olsa da, bu dəfə yalnız gümüş medalçı ola bilib. Halbuki Vladimir Tukmanovun kapitanı olduğu yığmamız son turda Rumıniyaya qalib gələcəyi, Almaniya ilə Ermənistan heç-heçə edəcəyi halda, yenə qızıl medalçı olacaqdı. Ancaq almanlar liderliyi əlindən aldığı millimizin ardınca ermənilərə də qalib gələrək, Avropa çempionu olublar. Nəticədə bədnam qonşularımız heç ilk üçlüyə düşə bilməyərək, 4-cü olub.

IX tur

Kişilər
Azərbaycan – Rumıniya – 3:1
Teymur Rəcəbov – Konstantin Lupulesku – 0,5:0,5
Vüqar Həşimov – Mirça-Emilyan Parliqras – 1:0
Şəhriyar Məmmədyarov – Levente Vajda – 1:0
Qədir Hüseynov – Mixail Marin – 0,5:0,5

Yekun turnir cədvəli: 1. Almaniya – 15 (şəxsi göstərici 22,5), 2. Azərbaycan – 14 (23), 3. Macarıstan – 13 (23).

Qadınlardan ibarət yığmamız isə uğursuz çıxış edərək, ilk onluğa düşə bilməyib. Yalnız 20-ci olan Fikrət Sideyfzadənin kapitanı olduğu yığmamız son turda Macarıstanla heç-heçə edib. Halbuki qələbə qitə çempionatını ilk onluqda bitirməyimizə imkan verəcəkdik.

Qadınlar
Azərbaycan – Macarıstan – 2:2
Zeynəb Məmmədyarova – Tan Tranq Hoanq – 0,5:0,5
Nərmin Kazımova – Anna Rudolf – 0,5:0,5
Gülnar Məmmədova – Titsiya Qara – 1:0
Nərgiz Umudova – Anita Qara – 0:1

Yekun turnir cədvəli: 1. Rusiya – 17 (şəxsi göstərici 25,5), 2. Polşa – 14 (23), 3. Gürcüstan – 14 (22,5)...20. Azərbaycan – 8 (17,5)...

Qeyd edək ki, kişilərin yarışında 38, qadınlarda 28 komanda iştirak edirdi.
0