“Baku Fires”in beşinci qələbəsi!
17.12.2011 - 23:57
“Baku Fires”in beşinci qələbəsi!
Bu gün “Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turun matçında Azərbaycanın “Baku Fires” və Meksikanın “Mexico City Guerreros” komandaları qarşılaşıblar. Apasport.az saytının xəbərinə görə, komandamız 5:0 hesabı ilə qalib gəlməklə, B qrupunda şərtsiz liderliyini qoruyub.

Döyüşlərin nəticələri:
Baku Fires – Mexico City Guerreros – 5:0

54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Aaron Alameda (Meksika) – 49:46, 46:49, 49:46

61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Xurşıd Tocibayev (Özbəkistan) – 48:47, 47:48, 49:46

73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Uilyam Uilyams (ABŞ) – Mürsəlov 3-cü raundda texniki nokautla qələbə qazanıb

85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Kennedi Katende (İsveç) – 48:47, 48:47, 47:48

+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Xorxe Kuinonyes (Ekvador) – Kuinonyesa Bakıya gec gəldiyinə görə məğlubiyyət verilib

Baku Fires növbəti matçını yanvarın 14-də Çində keçirəcək. Rəqib yerli Beijing Dragons klubu olacaq.
Dünən qrupumuzda daha iki matç baş tutub: Istanbul Bosphorus (Türkiyə) – Beijing Dragons (Çin) – 4:1, Leipzig Leopards (Almaniya) – Paris United (Fransa) – 2:3.
Turnir cədvəli:
1. Baku Fires – 15 xal, döyüşlərin fərqi - 21-4 (5 matç)
2. Leipzig Leopards – 10, 15-10 (5)
3. Mexico City Guerreros – 7, 11-13 (5)
4. Paris United – 7, 8-11 (4)
5. Istanbul Bosphorus – 5, 10-15 (5)
6. Beijing Dragons – 3, 4-16 (4)