Ələkbər İmaməliyev: Son qərarı rəhbərlik verəcək
06.01.2012 - 13:12
“Tam qərar sabah veriləcək. Lakin rəhbərliyə öz namizədlərimizi irəli sürmüşük”. Bunu apasport.az saytına açıqlamasında taekvondo üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.
O bildirib ki, yanvarın 27-29-da London-2012-yə lisenziya xarakterli Avropa təsnifat turniri üçün hazırlıq yüksək səviyyədə keçib. Yığmamız hələlik 4 mümkün lisenziyadan ikisinə dünya təsnifat turnirində (Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq)) sahib olduğundan Rusiyanın Kazan şəhərində keçiriləcək yarışa 2 nəfərlə yollanacaq.
İmaməliyev bildirib ki, 1 kişi və 1 qadın taekvondoçu ilə təmsil olunacağımız Avropa təsnifat turnir üçün öz namizədləri məlumdur: “Bildiyiniz kimi, Günay Ağakişiyeva, Səbinə Mikayılova (hər ikisi 57 kq), Fariz Əliyev, İlkin Şahbazov, Elvin Məmmədov (hamısı 68 kq) və Təvəkkül Bayramov (+80 kq) arasında seçim etməli idik. Artıq biz öz namizədlərimizi təqdim etmişik. Bunlar Ağakişiyeva ilə Bayramovdur. Onlar üzərində seçim etməyimizdə bu taekvondoçuların dünya reytinqində irəlidə olması və daha hazırlıqlı olması mühüm rol oynayıb. Lakin bu, o demək deyil ki, məhz onlar gedəcəklər. Son qərarı rəhbərlik verəcək”.
Qeyd edək ki, Avropa təsnifat turnirində ilk 3 yeri tutacaq taekvondoçular Olimpiadaya lisenziya qazanacaqlar.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0