Zeynəb Məmmədyarova üçün 40 min dollarlıq turnir
20.01.2012 - 13:34
Fevralın 17-22-də Tiflisdə qadın arasında Peşəkar Şahmatçıların Assosiasiyasının (PŞA) kuboku uğrunda sürətli şahmat üzrə yarış keçiriləcək. Apasport.az saytının məlumatına görə, turnirdə ölkəmizi Zeynəb Məmmədyarova təmsil edəcək.
Onun rəqibləri isə Aleksandra Kostenyuk, Nadejda və Tatyana Kosinseva bacıları (hər üçü Rusiya), Nana Caqnidze, Maya Çiburdanidze (hər ikisi Gürcüstan), Viktoriya Çmilite (Litva), Antoaneta Stefanova (Bolqarıstan), Anna Muzıçuk (Sloveniya), Katerina Lahno (Ukrayna), Pia Kramlinq (İsveç) və Anna Zatonskix (ABŞ) olacaqlar.
Yarışın mükafat fondu 40 min ABŞ dolları təşkil edəcək. Çempion adını qazanacaq zəka sahibi isə 10 min dollara sahib olacaq.
Qeyd edək ki, PŞA-nın prezidenti Emil Sutovski Bakıda anadan olub və hazırda İsraildə yaşayır.

- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"
0
0